Bu günün hava proqnozu açıqlandı

Gündəm 17 May 2016 00:17 Oxunub 1203
Bu günün hava proqnozu açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mülayim şimal küləyi əsəcək

Bu gün Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16 , gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh