Dünyanın ən böyük səyahət gəmisi ilk səfərinə çıxdı - FOTO

Maraqlı 16 May 2016 13:27 Oxunub 1762
Dünyanın ən böyük səyahət gəmisi ilk səfərinə çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yay aylarından etibarən laynerlə Aralıq dənizində həftəlik səfərlərə başlanacaq, oktyabrın sonundan isə Karib marşrutu üzrə hərəkət edəcək

"Harmony of the Seas" ("Dənizlərin harmoniyası") adlanan dünyanın ən böyük səyahət gəmisi ilk səfərinə başlayıb. Avtosfer.az report-a istinadən bildirir ki, "üzən şəhər" hesab edilən gəminin inşası 1 mlrd. ABŞ dollarına başa gəlib və ümumilikdə 6,3 min nəfər sərnişin daşımaq qabiliyyətinə malikdir. Ümumi uzunluğu 362 metr (Eyfel qülləsindən 50 metr daha uzun) olan layner 16 göyərtədən ibarətdir. Laynerin çəkisi 120 min ton, eni 66 metr, ekipajı isə 2,1 min nəfərdir.

Gəmidə 2 500 kabinet, 20 yeməkxana, 23 üzgüçülük hovuzu, 10 min gül və 50 ağacdan ibarət park var. ABŞ-ın "Royal Caribbean Cruises" şirkəti tərəfindən sifariş edilən gəmi Fransanın Sent-Nazer limanından Böyük Britaniyanın Sautgempton şəhərinə doğru üzəcək. Mayın 22-də gəmi Barselonaya doğru yola düşəcək.

Yay aylarından etibarən laynerlə Aralıq dənizində həftəlik səfərlərə başlanacaq, oktyabrın sonundan isə Karib marşrutu üzrə hərəkət edəcək.

http://img.milli.az/2016/05/16/434569_01.jpg

http://img.milli.az/2016/05/16/434569_14.jpg

http://img.milli.az/2016/05/16/434569_15.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh