Lavrov Əliyev-Sarkisyan görüşündən danışdı - "Razılaşdırmaq imkanı var”

Gündəm 17 May 2016 02:19 Oxunub 1357
Lavrov Əliyev-Sarkisyan görüşündən danışdı - "Razılaşdırmaq imkanı var”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər"

Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib. “Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər. Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq. Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin. Güzəşt hər zaman mümkündür. Əgər belə bir imkan olmasaydı, Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı. Məqsədimiz  münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləyərək işi sona çatdırmaqdır. Çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım olacaq. Hər halda nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var”, deyə S.Lavrov bildirib.

***

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan münaqişə zonasında vəziyyətin gərginləşməsindən sonra Vyanada keçirilən ilk görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun görüşün yekunlarına dair yaydığı müvafiq bəyanatında bildirilir. "Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər… Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər", — deyə bəyanatda qeyd olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh