Xətaidə «BMW» «ZİL»ə çırpıldı; ölən var

Gündəm 28 İyul 2014 23:25 Oxunub 1664
Xətaidə «BMW» «ZİL»ə çırpıldı; ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüksək sürətlə hərəkət edən minik maşını yol kənarında dayanmış çadır maşını ilə toqquşub

Bu gün Bakıda ağır yol qəzası baş verib. Avtosfer.az-ın hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, saat 18:25 radələrində, Xətai rayonu, Gəncə prospekti, 105 ünvanında «BMW» markalı minik avtomobili yol kənarında dayanmış «ZİL» markalı yük avtomobilinə çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya apırılıb.

Şahidlərin bildirdiyinə görə, «BMW» yoxuşu yüksək sürətlə qalxırmış. Bu zaman idarəetməni itirərək yol kənarındakı təkər təmiri sexinin qarşısında dayanmış «ZİL»ə çırpılıb. «Yük maşını yas mərasimləri üçün çadır, qab-qacaq daşımaqla məşğul olur. Bəzi günlər elə həmin ərazidə dayanır. «BMW» markalı avtomobil çox sürətlə gəlirmiş. Hətta, toqquşma zamanı zərbə o qədər güclü olub ki, ətrafda partlayış səsi eşidilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti cəlb olunub. Sürücü ağır vəziyyətdə xəstəxanaya aparıldı. Sərnişini isə xilasedicilər çıxarıb xərəyə mindirəndə elə oradaca öldü».

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

 

Seymur

ŞƏRH YAZ
Ad

E-mail

Şərh