Bir sıra yollarda tıxac yaranıb

Gündəm 17 May 2016 10:00 Oxunub 1013
Bir sıra yollarda tıxac yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA məlumat yaydı

Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şossesində, eləcə də paytaxtın Azadlıq prospekti, Abbasqulu ağa Bakıxanov, Akademik Həsən Əliyev, 28 May, Səməd Vurğun, Nəsibbəy Yusifbəyli, Xudu Məmmədov, Molla Pənah Vaqif, Fətəli Xan Xoyski küçələrində fasilələrlə nəqliyyatın sıxlığı müşahidə olunur.

Bunu nəzərə alaraq deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, Bakı-Sumqayıt şossesi, eləcə də Azadlıq prospekti, Akademik Həsən Əliyev, 28 May küçələri nəqliyyatın sıxlığının, eləcə tıxacların ən çox müşahidə edildiyi yollardandır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh