Bakı-Sumqayıt yolunda yaranan tıxaca çarə tapıldı – VİDEO

Gündəm 17 May 2016 10:56 Oxunub 1028
Bakı-Sumqayıt yolunda yaranan tıxaca çarə tapıldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıt şəhəri və Abşeron rayonundan gələn sərnişin avtobusları şəhərə buraxılmayacaq

Bakı-Sumqayıt yolunda yaranan  tıxacın qarşısı  alınacaq.

Sözügedən yolda sıxlığı aradan qaldırmaq üçün Sumqayıt şəhəri  və Abşeron rayonundan gələn sərnişin avtobusları şəhərə buraxılmayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə ''Xəzər Xəbər'' ə Bakı Nəqliyyat Agentliyinin İctimaətlə əlaqlər şöbəsinin müdri Nuridə Allahyarova deyib.

Sumqayıt və Abşerondan gələn sərnişin avtobusları şəhərə daxil olmadan  metronun “Avtovağzal” stansiyası qarşısında dayanacaq. Belə olduqda sərnişinlər həm metro, həm də şəhər daxili avtobuslardan istifadə etməklə mənzil başına rahat gedəcəklər. Bunun üçün ərazidə müəyyən işlər də görülüb.

Yəni  nəqliyyatın mübadiləsi qovşağında hər bir avtobusun öz dayanacağı olacaq. Öz dayanacağından istifadə etməyən avtobus sürücüləri və sahibkarlar isə cərimə olunacaqlar.

Nuridə Allahyarovanın sözlərinə görə, bu gündən etibarən ''Baku Bus''a məxsus 2, 13, və 14  saylı avtobusların marşrutunda da dəyşiklik edilərək, son dayanacaq  20 Yanvar  dairəsindən “Avtovağzal” metrostansiyasına qədər uzadılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh