Əsgərimiz şəhid olub, ermənilərin canlı qüvvəsi məhv edilib

Gündəm 17 May 2016 10:40 Oxunub 1101
Əsgərimiz şəhid olub, ermənilərin canlı qüvvəsi məhv edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müdafiə Nazirliyi: Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini pozub

Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub. Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Allah rəhmət eləsin!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh