Qadın sürücüyə bıçaq çıxarıb maşını əlindən aldılar - Bakıda-VİDEO

Gündəm 17 May 2016 11:57 Oxunub 2343
Qadın sürücüyə bıçaq çıxarıb maşını əlindən aldılar - Bakıda-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən şəxslər tutulublar

Bakı sakinini bıçaqla hədələyib avtomobilini qaçıran şəxs saxlanılıb. Hadisə ötən gün Xətai rayonu ərazisində olub. Şəhər sakini Sevda Rəfiyeva ''Kia'' markalı avtomobilinə oturarkən tanımadığı şəxs bıçaqla onu hədələyib həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib. Özünü itirməyən qadın tez ''102'' xidmətinə məlumat verib. Təhlükəsiz Şəhər Xidməti tərəfindən qeyd edilən avtomobilin həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Yasamal rayon 29-cu və Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə avtomobil saxlanılıb, quldurluq hadisəsini törətmiş Bakı şəhər sakini 33 yaşlı Orxan Xıdırov və onun yanında olan həmyerlisi Aleksandr Semyonov tutulub.

Xətai rayon polis idarəsindən verilən məlumata görə, saxlanılan Orxan Xıdırov narkotik maddə aludəçisidir. Orxan Xıdırov da maşını satmaq, puluna isə narkotik maddə almaq istədiyini deyib.

Avtomobil saz vəziyyətdə sahibinə geri qaytarılıb. Maşına baxış zamanı xeyli sayda şpris, cinayətdə istifadə edilən bıçaq və avtomobillərin şüşəsini qırmaq üçün xüsusi çəkic aşkar edilərək götürülüb. Əvvəllər də soyğunçuluq, oğurluq və xuliqanlıq maddələri ilə 11 il azadlıqdan məhrum olan Orxan Xıdırov barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh