Avtomobildən 709 qram marixuana çıxdı - FOTO

Gündəm 17 May 2016 12:05 Oxunub 1200
Avtomobildən 709 qram marixuana çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Chery A15” markalı minik avtomobilində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə əməliyyat məlumat daxil olub.

Dövlət gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İİR-dan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Chery A15” markalı avtomobilə “Sem” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

Baxış zamanı xidməti it avtomobilin salonunda ön panelin orta hissəsinə reaksiya verib. Beləcə, avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusu sökülərək oraya baxış keçirilib və qurğunun üst tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş, 9 ədəd şəffaf selofanlı bükümlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 709 qram olan narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

http://www.aznews.az/photos/ee9.jpg

http://www.aznews.az/photos/a82.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh