Hava proqnozu -  32 dərəcə isti olacaq

Gündəm 18 May 2016 00:10 Oxunub 1148
Hava proqnozu -  32 dərəcə isti olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ETSN məlumat yaydı

Mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16 , gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gündüz əsas yağmursuz olacağı, lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq. Tibbi meteoroloiji proqnoza gəlincə, mayın 18-də Abşeron yarımadasında müteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üşün əlverişlidir. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh