Orxan Zeynalova 17 il həbs kəsildi - FOTO

Gündəm 28 İyul 2014 23:32 Oxunub 1574
Orxan Zeynalova 17 il həbs kəsildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan vətəndaşı qətl baş verən gün Moskvada olmadığını deyir

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi baş tutub. Bu gün Moskva şəhər məhkəməsi Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalovu günahkar hesab edərək, cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il müddətinə məhkum edib. Bundan əlavə olaraq hakim Nikolay Tkaçuk vəfat etmişin atasına zərər çəkmiş vətəndaş iddiası ilə 3 milyon rubl kompensasiya ödənilməsini tələb edib.

Qeyd edək ki, O.Zeynalov bir necə gün öncə məhkəmədə ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim".

İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü üçün yanlış ifadə verdiyini deyib.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh