"Avtovağzal" - "Memar Əcəmi" stansiyalarında qatarların intervalı dəyişdirildi

Gündəm 17 May 2016 16:37 Oxunub 1297
"Avtovağzal" - "Memar Əcəmi" stansiyalarında qatarların intervalı dəyişdirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Səhər tezdən, bir da axşam gecə saatlarında fərqli qrafiklər olur. Sərnişin həddindən artıq az olduğunda interval bir az artıq olur"

Bakı Metropoliteninin "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasındakı qatarların hərəkət cədvəlində dəyişiklik edilib. Avtosfer.az bildirir ki, bu barədə trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, ötən həftə həmin xətt üzrə hərəkət edən qatarların cədvəli dəyişdirilərək qatarlar arasındakı interval 1 dəqiqə azaldılıb: "Bənövşəyi xəttin "Memar Əcəmi" və "Avtovağzal" stansiyaları arasında qatarların hərəkət intervalı 1 dəqiqə azaldılaraq 8 dəqiqəyə endirilib. Xətt yeni istifadəyə verilərkən isə interval ilkin olaraq 9 dəqiqə müəyyən edildiyi halda, ötən həftə həmin interval dəyişdirilib. Tunellərarası mənzil yeni olduğundan yolların öyrənilməsi və qatarların sürətinin nizamlanması məqsədilə bir müddət qatarlar arasındakı interval 9 dəqiqə olsa da, sonradan yeni qrafik tətbiq olunub. Qatarların sürətini artırmaqla, eyni zamanda bir qatarda 2 maşinist briqadasının işini təmin etməklə interval 8 dəqiqəyə salınıb. Hər iki stansiya arasında qatarların gediş müddəti 3 dəqiqə olduğu üçün qatarların gediş və gəlişi 6 dəqiqə olur və qatar hər iki stansiyada 1 dəqiqə dayanır".

N.Paşayev qeyd edib ki, bu interval pik saatlar və gündüzlər tətbiq olunur: "Səhər tezdən, bir da axşam gecə saatlarında fərqli qrafiklər olur. Sərnişin həddindən artıq az olduğunda interval bir az artıq olur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh