Azərbaycan əhalisinin sayı 25 min nəfərə yaxın artıb

Gündəm 17 May 2016 20:25 Oxunub 1166
Azərbaycan əhalisinin sayı 25 min nəfərə yaxın artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür

İlin əvvəlindən ölkə əhalisinin sayı 24,9 min nəfər və ya 0,3 faiz artaraq aprelin 1-ə qədər 9730,5 min nəfərə çatıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh