Sürücülərin nəzərinə!

Gündəm 17 May 2016 18:26 Oxunub 1196
Sürücülərin nəzərinə!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Azəravtoyol" ASC baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir

Bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi ( 6-cı mikrorayon istiqamətinə dönən yol ) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. "Azəravtoyol" ASC-dən Avtosfer.az-az verilən məlumata görə, Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ( m.Azadlıq stansiyası, 8-ci mkrn. istiqamətinə ) və Məsud Davudoğlu küçələri ilə ( 6-cı mkrn. istiqamətinə ) hərəkət təmin olunacaq. Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək ( 3-4 gün ) tətbiq olunacaq. "Azəravtoyol" ASC baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməərini tövsiyyə edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh