Saakaşvili azərbaycanlı rəisi həbslə hədələdi - VİDEO

Gündəm 18 May 2016 01:45 Oxunub 2370
Saakaşvili azərbaycanlı rəisi həbslə hədələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mən Gürcüstanın prezidenti olanda bu cür adamlar türmədə otururdular”

Odessa Vilayət Administrasiyasının başçısı Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Dövlət Fiksal Xidmətinin (DFX) rəisi, azərbaycanlı Roman Nəsirovu Odessa gömrüyündə anti-korrupsiya layihələrinin qarşısını almaqda ittiham ediblər. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, onlar DFX rəisi ilə bağlı iradlarını baş nazir Vladimir Qroysmanın iştirakı ilə keçirilən İşçi müşavirə zamanı R.Nəsirovun üzünə deyiblər. “Mən Gürcüstanın prezidenti olanda bu cür adamlar türmədə otururdular”, - deyə M.Saakaşvili R.Nəsirovu göstərərək bildirib. Sonra o, baş nazir Qroysmana müraciət edərək Nəsirovu onsuz da həbs etdirəcəyinə inandığını deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh