"Rolls-Royce" "Phantom Zenith"in xüsusi versiyasını təqdim edib - FOTO

Avtobazar 19 May 2016 15:47 Oxunub 1722
"Rolls-Royce" "Phantom Zenith"in xüsusi versiyasını təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Avtomobil kolleksiyası brendin dəbdəbəni təyin edən yeni standartların tətbiqetmə cəhdlərini göstərir"

"Rolls-Royce Motor Cars" şirkəti tarixin sonuncu "Phantom Drophead Coupe" və "Phantom Coupe" modellərinin daxil olacağı yeni "Phantom Zenith" avtomobil kolleksiyasını təqdim edib. "Rolls-Royce" şirkəti "Phantom" modelinin 7-ci seriyasının istehsalının dayandırılmasına həsr olunacaq yeni kolleksiyanın hazırlanması barədə planlarını hələ bu ilin fevral ayında açıqlamışdı. Lakin sözügedən xüsusi versiyalı avtomobillərin xarici və daxili görünüşü yalnız indi bəlli olub.

Avtosfer.az trend-ə istinadən xəbər verir ki, "biz "Rolls-Royce" tarixinin yeni şərəfli səhifəsini açırıq, və mən fəxrlə "Bespoke" avtomobil kolleksiyasını təqdim edirəm, hansı ki, iki nadir və məşhur ultra-lüks modelinə haqq qazandıracaq: "Phantom Drophead Coupe" və "Phantom Coupe". "Phantom Zenith" avtomobil kolleksiyası brendin dəbdəbəni təyin edən yeni standartların tətbiqetmə cəhdlərini göstərir", - deyə "Rolls-Royce Motor Cars" şirkətin baş direktoru Torsten Müller-Ötvös bildirib.

113 il bundan öncə təsis olunan "Rolls-Royce Motor Cars" şirkətinin tarixinin aparıcı qüvvəsi sonradan digər dəbədəbə əşyalarının qiymətləndirilməsini apara bilən yeni standartların təyin olunmasına sonsuz cəhddir. 2003-cü ilin yanvarın 1-də brend növbəti dəfə bu fəlsəfəyə sadiq olduğunu sübut etdi, belə ki, şirkət sifarişçiyə yeddinci nəsl ilk "Phantom" avtomobilini "Rolls-Royce"un Qudvudda (Böyük Britaniya) yerləşən zavodunda təqdim edib. Avtomobilin güclü və kompromissiz zərifliyi dünyanın ən tələbkar və nüfuzlu ekspertlərin dərhal rəğbətini qazanıb. "Rolls-Royce" brendi öz əfsanəvi statusunu və "dünyanın ən yaxşı avtomobil istehsalçısı" adının yenidən doğruldtu.

Kolleksiyaya daxil olacaq "Phantom Drophead Coupe" və "Phantom Coupe" modelləri kolleksiyaçılar üçün əsl mirvari olacaq. Kolleksiya çərçivəsində istehsal olunacaq bütün 50 avtomobilə kolleksiyaçılar tərəfindən artıq sifarişlər daxil olub ki, bunula da onlar dünyanın ən dəbdəbəli kolleksiyaları genişləndirə biləcəklər. Bununla belə, sözügedən avtomobil sahibləri bu avtomobilin daim dəyərdə qalmasına əmin ola bilərlər, belə ki, bu seriya məhduddur və heç zaman genişləndirilməyəcək.

"Phantom Zenith" kolleksiyası - avtomobil dünyasının əsl şah əsəridir, belə ki, yeni kolleksiya təkrarolunmaz və eksklüziv "Bespoke" elementləri ilə tamamlanmış və iki nadir və qeyri-adi və əfsanəvi "Rolls-Royce" modellərinə ehtiramı bildirmək üçün yaradılıb.

Bu iki avtomobil üzərində işləyəndə "Bespoke" dizaynerlər komandası bu modelin avtomobil həvəskarların həyatında hansı yeri tutduğunu öyrənməyə çalışıb. Bütün mümkün detallar nəzərə alınıb. Məsələn, avtomobilin yük yerinin qapısı ətraflı düşünülmüş detal ilə təkmiləşdirilib və piknik üçün çox əlverişlidir: arxa tərəfdə quraşdırılan və asanlıqla mükəmməl səthiyə çevrilən şüşəli rəf şampan üçün istifadə oluna bilər. Heç bir güzəştə və kompromisə yol verilməyib. Yük yerinin əksər hissəsni xüsusi şampan soyuducusu təşkil edir, burada iki standart butulka və səkkiz ədəd "Rolls-Royce" qədəhləri yer alıb. Həmçinin sərnişinlər üçün yüksək keyfiyyətli dəridən hazırlanan yumşaq balışlar nəzərdə tutulub.

Qoltuqaltı örtüyünün üzərində brendin görkəmli avtomobil tarixini xatırladan məharətli lazer işləməsi müştərinin gözünü oxşayır. Burada eksperimental avtomobillərin qlobal debütü baş tutmuş məkanlar təsvir olunub (Komo gölü sahilində yerləşən Villa D'este - "Phantom Drophead Coupe"nin sələfi 100EX görə və Cenevrə gölü - "Phantom Coupe"yə çevrilmiş 101EX görə).

Həm "Phantom Drophead Coupe", həm də "Phantom Coupe" böyük əmək sərf edib ki, "Rolls-Royce" həvəskarları arxa oturacaqdan ön oturacaqlara keçsin. Bunu salon tərtibatının üç əsas detalı zərif şəkildə vurğulayır. Donuq poladdan hazırlanmış spidometr avtomobilin unikal əsas indikatoruna diqqət cəlb edir. Salonun rəng qamması konsepsiyanı göstərməyə kömək edir: ön oturacaqların açıq rəngli dərisi daha tünd rəngli arxa oturacaqlarla ideal şəkildə uyğunlaşdırılıb. Nəhayət, ilk dəfə "Phantom Coupe"də istifadə olunmuş ulduzlu səmanı xatırladan tavan. Bu tavan daha sonra "Bespoke" seriyasına uyğunlaşdırılıb və hazırda sürücü və qabaq oturacaq sərnişininin üzərində əl ilə tikilmiş çoxsaylı ulduzlar xüsusi cəlbedici ab-hava yaradır.

Salon ilə avtomobil gövdəsinin materialları və rəng qammasının seçimi zamanı dizaynerlər "Rolls-Royce" tarixinin ən məşhur "Phantom" modellərindən ilhamlanaraq möhtəşəm ahəng yaradıb. Məsələn, "Madeira Red" və "Jubilee Silver Phantom Coupe" rəngləri arasında yüngül ziddiyyət 30-cu illərin "Phantom II" avtomobilini xatırladır. 30-cu illərə aid "Rolls-Royce Phantom II Continental" avtomobilini xatırladan və hər zaman dəbdə olan "Midnight Blue" və "Artic White" birləşimi isə daha cəsarətli ziddiyyət yaradır. Yeni şəffaf şüşəli lay "Phantom" avtomobillərinin güzgü pariltısını gücləndirir.

http://cdn.trend.az/media/pictures/2016/05/19/rolls_royce__190516_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh