THY pilotları UNO gördülər - FOTO

Maraqlı 21 May 2016 18:14 Oxunub 1621
THY pilotları UNO gördülər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə hadisədən 30 dəqiqə sonra problemsiz bir şəkildə Atatürk Hava Limanına eniş edib

Türk Hava Yollarının Bodrum-İstanbul səfərini gerçəkəşdirən təyyarəsinin pilotları, Uçan Naməlum Obyekt (UNO) gördüklərini deyiblər. Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, təyyarənin pilotları Gökhan və Sadiq İstanbul Atatürk Hava limanına yaxınlaşdıqları bir zamanda təxminən 5 min metr yüksəklikdə olarkən UNO gördüklərini bildiriblər. Pilotlar obyektin 23:00 radələrində təxminən bir neçə yüz metr üstlərindən yaşıl işıq saçaraq keçdiklərini Atatürk Hava Limanı Hava Nəqliyyat Nəzarət Mərkəzinə bildiriblər: "Üzərimizdən, təxminən 600-900 metr yüksəklikdən naməlum bir obyekt yaşıl işıq saçaraq keçdi. Obyekt anidən yox oldu. UNO olduğunu təxmin edirik. Hal-hazırda onu görə bilmirik" 

Qeyd edək ki, Dövlət Hava Meydanları İdarəsi (DHMİ) radarlarda hər hansı bir cisim təyin etmədiklərini bildirib. THY təyyarəsi hadisədən 30 dəqiqə sonra 00:37-də problemsiz bir şəkildə Atatürk Hava Limanına eniş edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh