Taksi sürücüsü çaşıb, yoxsa elə belə də olmalı idi – VİDEO

Xəbərlər 4 Avqust 2014 02:19 Oxunub 3284
Taksi sürücüsü çaşıb, yoxsa elə belə də olmalı idi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eyni vaxtda haçalanan yolda hərəkət istiqamətini dəyişib bir prospektdən digərinə keçdi

10 TB 333 dövlət nömrə nişanlı taksi maşını Bakıda kobud qaydasına yol verir. Bunu öz avtomobilindəki videoqeydiyyat cihazı vasitəsilə qeydə alanan daimi oxucumuz materialı Avtosfer.az saytına göndərin. Oxucunun və bizim məqsədimiz o deyil ki, yol polisi bunu görsün və taksi sürücüsünü tutub cərimələsin. Təbii ki, bu da olmalıdır. Amma bu, DYP-nin işidir. Bizim işimiz isə bu sürücünün törətdiyi qayda pozuntusunu nümayiş etdirib göstərək ki, kənardan baxanda bu, doğrudan da eybəcər görünür. Bu videonu göndərən sürücü çox səbrli adamdır. Başqası olsaydı, taksi sürücüsünə ən ağır söyüşlər yağdırardı. Çünki gördüyünüz bu küçə Babək prospektinə gedən yoldur. Yəni, burada yol haçalanır, bir yol Babək prospektinə, digəri isə Heydər Əliyev prospektinə gedir. Taksi isə Babək prospektinə gedən yoldadır və ən axırıncı, yəni, sağdan birinci zolaqda hərəkət edir. Lakin nə baş verirsə, sürücü özünü ağıllı hesab edir qəflətən dönmə işığını yandırıb sola dönməyə başlayır. O, sağdan birinci zolaqdan çıxıb yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə qəza şəraiti yaradaraq iki zolağı da keçib «qəfrəmanlıq» göstərir. Taksi sürücüsü nəinki eyni vaxtda üç zolağı dəyişir, hətta eyni vaxtda, haçalanan yolda da hərəkət istiqamətini dəyişib bir prospektdən digərinə keçir.

… Amma doğrudan da çox biabırçı bir mənzərədir. Yaxşı olardı ki, o sürücü özü də bu kadrlara diqqətlə baxaydı…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh