Avtobus "havada" qaldı - VİDEO

Maraqlı 23 May 2016 15:06 Oxunub 1824
Avtobus "havada" qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-adi yol qəzası Hindistanda baş verib

Hindistanda qeyri-adi yol qəzası baş verib. Avtosfer.az atv.az-a istinadən bildirir ki, Qucarat ştatındakı körpülərdən biri üzərindəki avtobusun ağırlığına davam gətirməyərək çöküb. Bu vaxt  avtobus sərnişinləri təsadüf nəticəsində ciddi xəsarət almaqdan ölümdən xilas olub. Yarısı köprünün üzərində olan avtobusun yarısı da havada asılı vəziyyətdə qalıb. Körpüdən aşmaq üzrə olan avtobusun sərnişinləri qısa zamanda nəqliyyat vasitəsini tərk edə bilib. Fəsadsız ötüşən hadisəyə görə qəzəblənən yerlilər körpünün inşaatında keyfiyyətsiz məhsullardan istifadə edən əlaqədar qurumları günahlandırıb. Bu hadisə qarşıdan gələn günlərdə daha ciddi fəsadlara yol aça bilər. Yağış mövsümü yaxınlaşdığından əlaqədar qurumlar daşqın başlamadan yeni körpünü istifadəyə verməlidir.

Xatırladaq ki, mart ayında Kəlküttə şəhərində körpünün çökməsi faciəyə səbəb olmuşdu. Ağır beton lövhələr insanların və avtomobilərin üzərinə aşaraq, azı  23 nəfərin həyatına son qoymuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh