Göydə uçan avtomobillər ilk dəfə bu ölkədə işləyəcək

Yeniliklər 31 İyul 2014 02:53 Oxunub 2438
Göydə uçan avtomobillər ilk dəfə bu ölkədə işləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınlar saatda 70 kilometrə qədər sürətlə hərəkət edəcək

Dünyanın ilk hava avtomobil sistemi İsrailin Tel-Əviv şəhərində qurulur. Məlumatına görə, bu sistem avtomobillərin havada quraşdırılmış relslər vasitəsilə hərəkətini nəzərdə tutur. Sistemi “SkyTran” şirkəti tətbiq edir. Sınaq məqsədi daşıyan bu layihə uğurla yekunlaşarsa, şəhərdə hava relslərinin geniş şəbəkəsi qurulacaq. 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulan bu layihəyə əsasən əvvəlcə nəqliyyatın sıx olduğu ərazilərdə iki nəfərlik maşınlardan istifadə ediləcək. Layihə çərçivəsində sərnişinlər “ağıllı telefon”lar vasitəsilə maşın sifariş edə, dayanacaqdan-dayanacağa gedə bilərlər.

Maşınlar saatda 70 kilometrə qədər sürətlə hərəkət edəcək. Ticarət məqsədli nəqliyyat vasitələrində isə sürətin 240 kilometrədək çıxacağı bildirilir. “SkyTran”ın Hindistan, ABŞ və digər ölkələrdə də oxşar layihələri var. Bu layihələr İsraildəki pilot proqramı müvəffəqiyyətlə başa çatacağı təqdirdə həyata keçiriləcək. (anspress.com)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh