Azərbaycan Gürcüstanda avtomobil bazarını çökdürdü

Avtobazar 23 May 2016 16:24 Oxunub 5312
Azərbaycan Gürcüstanda avtomobil bazarını çökdürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanın bu qərarından sonra Gürcüstan salonları fəaliyyətini dayandırıb

Azərbaycanda "Avro-4" ekoloji standartının tətbiqindən sonra Gürcüstanda bir çox avtomobil dilerləri fəaliyyətini dayandırıb. Bu barədə Gürcüstanın iri avtomobil dilerlərindən biri olan "Zario avto" şirkətinin direktoru İosif Zarandiya deyib. Onun sözlərinə görə, sözügedən standartın tətbiqinədək Gürcüstandan Azərbaycana daha çox Yaponiya istehsalı olan avtomobillər ixrac olunurdu: "Lakin standartın tətbiqindən sonra dilerlər ABŞ istehsalı olan avtomobillərə üz tutdu. Bu vaxta qədər Azərbaycana daha çox yapon avtomobilləri idxal olunurdu. Çünki bu ölkədə istehsal olunan avtomobillərin keyfiyyəti yüksək, qiyməti isə aşağı idi. Yaranmış vəziyyətdən sonra bir sıra dilerlər fəaliyyətini dayandırdı".

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh