Bakıda avtomobil yarışı keçiriləcək

Yarışma 24 May 2016 12:43 Oxunub 1639
Bakıda avtomobil yarışı keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk 3 yeri tutanlar mükafatlandırılacaq

Mayın 29-da Bakıda V1 Challenge 2016 üzrə Azərbaycan çempionatı keçiriləcək. Təşkilatçı Azərbaycan Avtomobil Federasiyasından Avtosfer.az-a verilən məlumata görə, yarış Bakı Olimpiya Stadionu yaxınlığındakı Böyükşor parkı ətrafında açıq havada təşkil olunacaq.

Çempionatda 12 yerli pilot iştirak edəcək. Onlar əvvəlcə sıralama mərhələsində yarışacaq, göstərilən nəticələrə uyğun idmançılar 3 qrupa bölünərək mübarizə aparacaqlar. İlk 3 yeri tutanlar mükafatlandırılacaq.

Qeyd edək ki, 2014-cü il oktyabrın 11-də “V1 Challenge” yarışının Azərbaycanda təqdimatı keçirilib. Bakı Kristal Zalında təşkil olunmuş yarışda 12 ölkədən 14 idmançı iştirak edib. Bakıdakı təqdimat yarışının qalibi fransız pilot Anton Huber, 2-ci yerin sahibi almaniyalı Harald Müller, 3-cü yerin sahibi isə livanlı Abdo Feqali olub. Pilotların mübarizəsini 18 000 tamaşaçı canlı izləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh