Çoban robot da yaratdılar

Al-sat 26 May 2016 00:52 Oxunub 15290
Çoban robot da yaratdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu sınağı uğurla keçərsə, onu fermerlər heyvanların otarılmasında istifadə edə biləcəklər

Avstraliyanın Sidney Universitetinin alimləri heyvanların otarılması ilə məşğul olacaq robot yarada biliblər. Avtosfer.az lent.az-a istinadən bildirir ki, bu robot xəstə heyvanları aşkar edən, onların bədənlərinin hərarətini ölçə bilən, həmçinin onların hərəkətlərini izləməyi bacaran xüsusi sensorlarla təchiz edilib. Bundan başqa, robot otlaqların strukturu və keyfiyyətini müəyyən etməyi bacarır. Mütəxəssislər hesab edirlər ki, robot, eyni zamanda, 150 inəyin otarılması ilə məşğul ola bilir. O, heyvanları sudan, palçıq və ya bataqlıqdan təhlükəsiz şəkildə keçirməyi bacaran əvəzedilməz köməkçi olacaq. Hazırda robot sınaqdan keçirilir və bu sınağı uğurla keçərsə, onu fermerlər heyvanların otarılmasında istifadə edə biləcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh