Bakıda bu boyda yol polisi görmüsünüz? – Bahalı maşını saxladı - FOTOLAR

Qaydalar 25 May 2016 12:00 Oxunub 39553
Bakıda bu boyda yol polisi görmüsünüz? – Bahalı maşını saxladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azyaşlı polislərdən biri birinci «iş günü»ndə «Galendewagen»i saxladı

Bakıdakı 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin «Yol polisinin gənc köməkçiləri» komandasının üzvləri yol qaydaları ilə bağlı nəzəri biliklərini təcrübədə də həyata keçirirlər. Avtosfer.az-ın məlumatına görə, Parlament prospektində Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun nəzarəti ilə uşaqlar sırada düzgün yerişi, küçəni keçmə qaydalarını nümayiş etdiriblər, yol hərəkəti qaydalarına əməl etməyən sürücüləri saxlayaraq sənədlərini yoxlayıblar. Maraqlıdır ki, uşaqlar daha çox bahalı və diqqətçəkən maşınları saxlatdırmağa meyl ediblər.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh