Hansı işıqları avtomobilə quraşdırmaq olar?

Yazarlar 25 May 2016 11:43 Oxunub 32403
Hansı işıqları avtomobilə quraşdırmaq olar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öz zövqünə uyğun işıq cihazlarının  avtomobilə quraşdırılması qanunla qadağandır

Bir çoxları avtomobillərini müxtəlif işıqlarla bəzəyirlər. Hərdən adama elə gəlir ki, qarşıdan avtomobil deyil, lap yeni il “yolka”sıdır yaxınlaşır. Əslində gecə vaxtı baş verən qəzaların bir çoxu məhz qarşıdan gələn sürücünün bu işıqlardan istifadəsi nəticəsində yolu görməməkdən olur. Və indi biz sizə avtomobilə quraşdırılan işıqlardan hansının qadağan olunduğunu, hansına icazə verildiyini izah edəcəyik. Avtomobilin konstruksiyasına edilən bütün müdaxilələr təhlükəsizliyə birbaşa xətər yetirə bilər. Öz zövqünə uyğun  işıq cihazlarının  avtomobilə quraşdırılması qanunla qadağandır.

"Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndində qeyd olunur ki, xarici işıq cihazlarının miqdarı, tipi, rәngi, yerlәşmәsi vә iş rejimi nәqliyyat vasitәsi konstruksiyasının tәlәblәrinә uyğun olmalıdır. Həmçinin, qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri yalnız ağ, qeydiyyat nişanı işığı yalnız ağ, arxa “stop”lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır. “Avtomobil, avtobus, trolleybus, traktor, qoşqu və yarımqoşqulardakı işıq cihazları, onların yerləşməsi, sayı, rəngi, görünmə bucağı” haqqında dövlət standartında sıra ilə qeyd olunub. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən avtomobildə standartlar pozulmaqla avadanlıqların yığılması və ya çıxardılması qadağandır. Standart dedikdə isə söhbət avtomobilin konstruksiyasında nəzərdə tutulan avadanlıq siyahısından gedir. Və bu avadanlıqlar birbaşa təhlükəsizliyə təsir etdiyi üçün müvafiq normativ aktlar qəbul olunmuşdur. Lakin bir neçə avadanlıq da var ki, onun quraşdırılmasında heç bir problem yaşanmır. Onlar haqqında da  danışacayıq. Avtomobilin konstruksiyasına edilən bütün müdaxilələr təhlükəsizliyə birbaşa xətər yetirə bilər. Öz zövqünə uyğun  işıq cihazlarının  avtomobilə quraşdırılması qanunla qadağandır.

"Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndində qeyd olunur ki, xarici işıq cihazlarının miqdarı, tipi, rәngi, yerlәşmәsi vә iş rejimi nәqliyyat vasitәsi konstruksiyasının tәlәblәrinә uyğun olmalıdır. Həmçinin, qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri yalnız ağ, qeydiyyat nişanı işığı yalnız ağ, arxa “stop”lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır. “Avtomobil, avtobus, trolleybus, traktor, qoşqu və yarımqoşqulardakı işıq cihazları, onların yerləşməsi, sayı, rəngi, görünmə bucağı” haqqında dövlət standartında sıra ilə qeyd olunub.

İndi isə avtomobilə quraşdırılmış əlavə  işıq avadanlıqları haqqında:

1. Gündüz hərəkət işıqları (GHİ)

 

Bir çox avtomobillərdə bu işıqlar istehsalçı zavod tərəfindən nəzərdə tutulub. Nəzərdə tutulmayan avtomobillərdə isə bu cür işıqlar əlavə olunursa, bunlar həmin avtomobilin istehsalçısının lisenziyası əsasında quraşdırılmalıdır. Lakin Rusiya istehsalı olan bir çox avtomobillərdə gündüz hərəkət işıqları nəzərdə tutulmadığı üçün avtomobili yaxın məsafəli işıqlarla idarə edə bilərsiniz.

2. Dövlət qeydiyyat nişanının xüsusi işıqlandırılması

 

Dövlət qeydiyyat nişanının işıqları xarici işıq cihazlarına aiddir. Ona görə ön qeydiyyat nişanında standart olmayan işıq cihazlarından istifadə edilməsi İXM 342.2.2 maddəsi ilə cəzalandırılır. Cərimə 150 manatdır və həmin işıq cihazı sökülməsə avtomobil cərimə meydançasına aparıla bilər.

 

3. İşıqyuyucusunun başlıq işıqları, avtomobilin alt hissəsi və disklərində quraşdırılmış işıqlar

 

Qanuna görə disklərin, avtomobilin altının və işıqyuyucularının başlıqlarının  işıqları xarici işıq cihazı deyildir. Bu zaman sevinə bilərsiniz ki, cərimə yazılmayacaq, amma hər şey göründüyü kimi sadə deyil. Əgər bu cür işıq cihazları quraşdırsanız sizi mütləq saxlayacaqlar. Çünki diqqəti cəlb edirsiniz. Lakin buna cərimə yoxdur. Axı qanun yalnız xarici işıq cihazları haqqındadır. Bizdə Rusiyadan fərqli olaraq xarici işıq cihazlarından savayı digər işıqların quraşdırılması DYP ilə razılaşdırılmalı deyil. 

 

4. Göy işıqlar, ksenonlar

 

"Yol hərəkəti haqqında" qanun ön fənərlərdə ağ, sarı və narıncı rəngdən savayı başqa işıqların istifadəsini qadağan edir. Həmçinin, qanun birbaşa olaraq istehsalçı tərəfindən nəzərdə tutulmayan işıq cihazlarının istifadəsini qadağan edir. Əgər istehsalçı zavod bu fənərləri nəzərdə tutmayıbsa, həmin fənərlərin istifadəsi qanunla qadağandır! Və bu da İXM 155.2.2 maddəsi ilə 150 manat miqdarında cərimə ilə nəticələnir. Həmçinin, nasazlıq aradan qaldırlan müddətə qədər avtomobil cərimə meydançasına da aparıla bilər. 

 

avtostop

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Memmed 7 Sentyabr 2019 18:23
Salam masinin ustune sade projektorlar qurasdirmaqa icaze varmi
Sukur 31 Mart 2019 02:12
Salam mende lada pirioradi ön faralara ag led isq vurmsam 3 aydi sururem .saxlayan olmayb.ag led isqlar qadagandrbelke qaylar ele bilrki adi goy lamckadi ag reng isq vurur ele ola biler
Elvin 19 Noyabr 2017 22:31
Salam. Led işıqları quraşdırıb ona sertifikat almaq olar olarsa hardan necə almaq olar. Salam. Avtosfervisden alin