Məşhur müğənninin arvadını barda döyüblər - ŞOK İDDİA

Maraqlı 25 May 2016 19:36 Oxunub 1687
Məşhur müğənninin arvadını barda döyüblər - ŞOK İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Chloe Loughnanla bağlı maraqlı iddia ortaya atılıb

Bir neçə gün öncə avtomobil qəzası keçirdiyi deyilən tanınmış müğənni Serdar Ortaçın həyat yoldaşı Chloe Loughnanla bağlı maraqlı iddia ortaya atılıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçının xanımının Amerikada avtomobil qəzası keçirmədiyi, döyüldüyü deyilir. Belə ki, xanımın üzündəki yaralar onun döyüldüyü barədə şayiələrin yaranmasına səbəb olub. İddialara görə o, Amerikada barların birində naməlum şəxslər tərəfindən döyülüb. Məlumata görə, dostları ilə bara gedən model burada kişi tanışlarından birinin sərxoş olmasından sonra davaya qarışıb.

Belə ki, amerikalı gənc Chloeyə söz atıb. Model isə onu özündən uzaqlaşdırmaq üçün itələyib. Səndələyib yerə yıxılan şəxs ayağa qalxaraq S.Ortaçın həyat yoldaşının üzünə zərbələr endirib. Müğənninin xanımı isə bunu mediadan gizlətmək üçün həyat yoldaşına fərqli ssenari danışıb. Peşəkar idmançılar da modelin üzündəki yara izlərini şərh edərkən deyib ki, bu izlər zərbə izlərinə bənzəyir. 

Qeyd edək ki, S.Ortac bildirmişdi ki, həyat yoldaşı yıxılıb və üzü asfalta dəydiyi üçün zədələnib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh