Ev heyvanları üçün təcili yardım

Yeniliklər 31 İyul 2014 21:32 Oxunub 2888
Ev heyvanları üçün təcili yardım
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Moskvada 1 iyundan təxirə salınmaz veterinar xidmət işə düşüb

Rusiyanın paytaxtı Moskvada 1 iyundan təxirə salınmaz veterinar xidmət işə düşüb. Ev heyvanları üçün təcili yardımı (495) 612-04-25 telefon nömrəsi ilə çağırmaq olar. Şəhərdə bütünlüklə komplektləşdirilmiş portativ diaqnostik avadanlıqla təchiz edilmiş 5 təxirəsalınmaz yardım avtomobili işləyəcək. Maşınlarda lazım olan bütün vaksinlər, reanimasiya, diaqnostika və analizlərin götürülməsi üçün bütün ləvazimatlar olacaq. 

Mütəxəssislər ilk zənglərin fəaliyyətə başladıqları ilk saatda aldıqlarını deyirlər. Buna görə də avtomobillərin çatışmayacağını, onların sayını artıracaqlarını bildirirlər. Belə bir çağırış heyvan sahibinə 1250 rus rubluna başa gəlir. Digər xidmətlərin pulu ayrıca ödənilir. Böyük Vətən Müharibəsi veteranları və əlillər üçün imtiyazlaz var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh