Retro avtobuslar - Nostalji hisslər oyadan görüntülər - VİDEO

Avtodünya 26 May 2016 14:40 Oxunub 2613
Retro avtobuslar - Nostalji hisslər oyadan görüntülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə bu cür paradların Rusiyanın digər şəhərlərində də təşkil olunması planlaşdırılır

Bu görüntülər bəzilərinə uşaqlığını, bəzilərinə isə gəncliyini xatırlatdı. Rusiyanın Sankt-Peterburq şəhərində maraqlı parad təşkil olunub. Onlarla retro avtobus yenidən şəhər yollarına buraxılıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, muzeylərdən birinin təşkil etdiyi parada maraq gözlənildiyindən də çox olub. On minlərlə insan retro avtobusları görə bilmək üçün şəhər mərkəzinə toplanıb. Lakin parad iştirakçıları həmin avtobusları yalnız kənardan izləməklə kifayətlənməyiblər. Onlara nəqliyyat vasitələrində yenidən sərnişin kimi oturmağa icazə verilib. Bu müddət ərzində  avtobuslarda yalnız retro musiqilər səsləndirilib. Qısa müddət ərzində tarixə səyahət etdiklərini və nostalji hisslərə qapıldıqlarını vurğulayan şəhər sakinləri bu cür paradların tez-tez təşkil olunmasını istəyiblər.

Qeyd edək ki, gələcəkdə bu cür paradların Rusiyanın digər şəhərlərində də təşkil olunması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh