Benzinin tərkibinə qazı necə vururlar? - VİDEO

Xəbərlər 27 May 2016 03:25 Oxunub 1508
Benzinin tərkibinə qazı necə vururlar? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər tez-tez yanacaqdoldurma məntəqələrindən aldıqları benzinin keyfiyyətinin aşağı olmasından şikayətlənirlər

Yanacağın keyfiyyəti ilə bağlı yeni iddialar ortaya atılıb. Bəzi sürücülər iddia edirlər ki, müxtəlif yanacaqdoldurma məntəqələrində benzinə qaz əlavə edirlər. Avtomobil ustaları da belə hallarla rastlaşdıqlarını deyirlər. Hətta bunu yoxlamaq üçün müəyyən metodlardan istifadə edənlər də var.

Yanacaqdoldurma məntəqələrinin işçiləri isə bunun mümkün olmadığını deyir. Bu iddialar yanacağın tərkibini və ona hansısa qaz vurulub-vurulmamasını gündəmə gətirir. Azərbaycan Dövlət Neft və Sənaye universitetinin kafedra müdiri Ələkbər Həsənovun sözlərinə görə benzinə hansısa qazların vurulması kimyəvi cəhətdən mümkündür.

Lakin qaz kondensatlarının əlavə edilməsi, mühərrikin iş sisteminə mənfi təsir göstərir. Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, bu iddia ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb. Narazı sürücülər isə 963 saylı qaynar xəttə müraciət edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh