Polis maşını gənc qızı vurdu - VİDEO- FOTO

Avtoxəbər 1 Avqust 2014 01:43 Oxunub 3510
Polis maşını gənc qızı vurdu  - VİDEO- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkələrdən birində yayılmış video çarx baxış rekordu yığıb

Dünən axşam sosial şəbəkələrdən birində yayılmış video çarx baxış rekordu yığıb. Anspress-in məlumatına görə, videoda gənc qızın polis maşını tərəfindən vurulma anı əks olunub. İki yaşlı və gənc qadın piyada zebrindən kənar dayanacaq yaxınlığında yolu keçirlər. Gözlənilmədən patrul avtomobili gənc qızı vurur. Zərbə o dərəcə güclü olur ki, qız maşının kapotunun üstündə uçub yoldan kənar hissəsinə düşür. Avtomobildən düşən iki inspektor çıxıb qıza qalxmağa kömək edirlər. Qanun qoruyucuları zərər çəkmişi öz maşınına oturdub həkimə aparır. Şahidlərin şərhlərindən məlum olur ki, hadisə Rostovda Larinin küçəsində baş verib. “İndi biz bu hadisənin araşdırırıq. Əgər polis əməkdaşlarının içkili olduğu təyin edilsə, onlar Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq cəza alacaqlar”, - deyə Rusiyanın Daxili İşlər Nazirliyinin Rostov ərazisi üzrə nümayəndəsi bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh