Avtomobil oğurluğu, yoxsa evakuasiya şousu? - VİDEO

Qaydalar 28 May 2016 00:53 Oxunub 1950
Avtomobil oğurluğu, yoxsa evakuasiya şousu? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu hadisə yol polisi evakuatorla avtomobili apararkən sahibinə məlumat vermə məsələsini aktuallaşdırır

Qaçırıldığı ehtimal edildən avtomobil, yol polisinin cərimə meydançasından tapılıb. Bakı şəhər sakini Elmir Tapdıqov ''102''-i xidmətinə məlumat verib ki, ''Mitsubişi Pajero'' markalı 90-LO-919 dövlət nömrə nişanlı avtomobili Nərimanov rayonu ərazisindən qaçrılıb. Hadisə yerinə dərhal ərazi üzrə 18-ci polis bölməsinin əməliyyat qrupu gəlib, araşdırmaya başlayıblar. Bir neçə gün davam edən araşdırmadan sonra 18-ci polis bölməsinin əməkdaşları zərərçəkmiş Elmir Tapdıqovun avtomobilini Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasından aşkar ediblər. Məlum olub ki, o dayanma durma qaydasını pozduğuna görə avtomobilini evakuator aparıb.

Bu hadisə əslində ilk fakt deyil. Sürücülərlə söhbət zamanı onlar avtomobillərini yol polisi evakuatorla apardıqda heç bir məlumat ala bilmədiklərini deyirlər. Yol polisi evakuatorla avtomobili apararkən sahibinə məlumat vermə məsələsini aktuallaşdırır. Əslində ''Yol patrul xidməti'' haqqında təlimatda və İnzibati Xətalar Məcəlləsində də var ki, evakuator əgər avtomobili aparırsa, sonra sahibinə mütləq məlumat verməlidir.

Bu qayda eyni ilə İnzibati Xətalar Məcəlləsində də belədi. Dayanma durma qaydasını pozduğuna görə yol polisi əvvəlcə avtomobilin şəkili çəkilməlidir. Daha sonra elektron pratakol tərtib edilməlidir, həmin pratakol isə ''ASAN'' ödəniş sisteminə göndərilməlidir.Asan ödənişdən isə sahibinə avtomobilinin hansı cərimə meydançasında olması ilə bağlı ''SMS'' göndərilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh