Telefonu kompüterdən enerji yığmaya qoymayın - Təhlükəlidir

Maraqlı 28 May 2016 10:20 Oxunub 2246
Telefonu kompüterdən enerji yığmaya qoymayın - Təhlükəlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
kompüterlərin “USB” portu vasitəsilə smartfonların enerji ilə doldurulması təhlükəli ola bilər.

Rusiyanın "Kasperski Laboratoriyası" antivirus şirkətinin ekspertləri tərəfindən keçirilmiş sınaq nəticəsində məlum olub ki, kompüterlərin “USB” portu vasitəsilə smartfonların enerji ilə doldurulması təhlükəli ola bilər. Belə ki, mobil qurğu fərdi kompüterə qoşularkən zərərli proqramla yoluxa, hakerlər isə sistemdəki boşluqdan istifadə edərək məxfi məlumatları ələ keçirə bilərlər. Avtosfer.az” ıctnews.az-a istinadən xəbər verir ki, bir sıra "iPhone" və “Android” qurğuları sınaqdan keçirmiş "Kasperski Laboratoriyası"nın nümayəndələri aydınlaşdırıblar ki, standart “USB” kabelin köməyi ilə smartfonu fərdi kompüterə qoşarkən hər iki aparat müəyyən informasiya (məsələn, istehsalçının adı, seriya nömrəsi, əməliyyat, fayl sistemləri və sairə) ilə mübadilə edir.

"Təhlükə ondan ibarətdir ki, kibercinayətkarlar bu məlumatlardan istifadə edə bilər, çünki qurğunun identifikasiyası onun boşluqlarını müəyyənləşdirməyə və cihaz üzərində nəzarəti ələ keçirməyə imkan verir" – ekspertlər deyiblər. Belə ki, istifadəçinin hərəkətlərini izləmək və ya fərdi informasiyanı ələ keçirmək üçün smartfona gizli şəkildə proqram quraşdırmaq mümkündür. Bundan başqa, “USB” port vasitəsilə mobil qurğuya casus proqramı quraşdırmış hakerlər cihaz mobil proqramlar quraşdıra və silə, mesaj, foto və videoları köçürə, məlumatları şifrləyə və silə bilərlər.

Ekspertlər belə risklərdən müdafiə olunmaq üçün hər iki qurğuya etibarlı parol quraşdırmağı, antivirus, şifrləmə texnologiyalarından, həmçinin yalnız təhlükəsiz enerji doldurma qurğuları və kompüterlərdən istifadəni tövsiyə edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh