Bu küçədə svetoforlar həmişə yaşıl olacaq - Yenilik - VİDEO

Yeniliklər 29 May 2016 09:04 Oxunub 2577
Bu küçədə svetoforlar həmişə yaşıl olacaq - Yenilik - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəşid Behbudov küçəsində tıxac olmayacaq

Bakıda böyük küçələrdən birində avtomobillərin sağ zolaq üzrə hərəkəti daimi olacaq. Söhbət xüsusən də günün pik saatlarında sıxlığın yaşandığı Nəsimi rayonu Rəşid Behbudov küçəsindən gedir. Bakı Nəqliyyat Agentliyinin İctimayətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın verdiyi məlumata görə, daimi yaşıl işıq sağ zolaqda hərəkət edənlərə şamil ediləcək. Sola, yəni Bakıxanov prospekti ilə Səməd Vurğun küçəsi istiqamətdə hərəkət isə əvvəlki qaydada işıqforla nizamlanacaq. Bundan başqa, küçə ilə prospektin kəsişməsi də sağ hissədə 1-2 metrə qədər genişləndiriləcək. Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polis İdarəsi və ''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətin əməkdaşları yaxın günlərdə bu ərazidə işlərə start verəcəklər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh