Küçə rəqsi ilə məşhurlaşdı - VİDEO

Maraqlı 29 May 2016 03:07 Oxunub 1474
Küçə rəqsi ilə məşhurlaşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Adının Rüfət Cahangirli olduğu bəllidir

Videolarını internetdən izləmişdik. Bu dəfə özü küçədə qarşımıza çıxdı. Uzun müddətdir “instagram” və “facebook” kimi sosial şəbəkələrdə öz rəqs videolarını paylaşan bu gənc harda gəldi oynayır. Küçədə, piyada keçidlərində, hətta metro və sərnişin avtobuslarında. Bu dəfə isə onu Baki küşələrinin birində növbəti rəqsini edərkən gördük. Videoları çox məhşurlaşsa da, özünü tanıyanlar çox azdır. Sadəcə adının Rüfət Cahangirli olduğu bəllidir.  Televiziyamıza dəvət edib daha geniş tanış olmaq istədik.

Ətrafdan baxanların reaksiyası isə fəqrli olur. Bunu videolardan da görmək olur. Kimisi sadəcə yanından ötüb keçir, kimisi qəribə baxişlarını Rüfətə zilləyir, kimisi də sadəcə baxaraq təbəssüm edir və qarşılaşdığı mənzərədən zövq alır. Rüfət deyir ki, ilk belə rəqs edən odur və uğurlu da alınıb. Gələcəkdə küçə rəqsi ilə bağlı maraqlı planları da var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh