Sabiq nazirin oğlu "BMW-X6" ilə dayanacaqdakı piyadaları vurdu - FOTOLAR

Gündəm 29 May 2016 03:25 Oxunub 11999
Sabiq nazirin oğlu "BMW-X6" ilə dayanacaqdakı piyadaları vurdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun idarə etdiyi avtomobil “Skoda”-nı ötməyə cəhd edərkən idarəetməni itirib

Rusiyanın sabiq idman naziri Boris İvanyujenkovun oğlu Moskva ətrafı vilayətinin Podolsk şəhərində  idarə etdiyi avtomobillə dayanacaqda avtobusu gözləyən iki piyadanı vurub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sabiq nazir oğlunun idarə etdiyi BMW X6 markalı avtomobil “Skoda” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində idarəetməni itirən "BMW-X6" daha sonra dayanacağa çırpılıb. Qəza nəticəsində xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Polisin məlumatına görə,  22 yaşlı gəncin idarə etdiyi "BMW-X6" “Skoda”-nı ötməyə cəhd edərkən idarəetməni itirib. Sürücü barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, Boris İvanyujenkov 1999-2007-ci illərdə Rusiyanın idman naziri vəzifəsində çalışıb. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh