Bu şəxslər 7 il vergidən azad olunur - Yeni güzəştlər

Yeniliklər 29 May 2016 23:45 Oxunub 1379
Bu şəxslər 7 il vergidən azad olunur - Yeni güzəştlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnvestisiya təşviqi sənədi alan fəaliyyət sahələrinə yeni vergi güzəştləri nəzərdə tutulub

Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən, investisiya təşviqi sənədi alan fəaliyyət sahələrinə yeni vergi güzəştləri nəzərdə tutulub. Avtosfer.az Vergiler.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, investisiya təşviqi sənədi əldə edən şəxslərin mənfəətinin 50 faizi 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad olunur. Həmçinin sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə torpaq vergisi ödəməkdən azad ediliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh