Şəkidə bir inəyi iki avtomobil vurdu - VİDEO

Qaydalar 29 May 2016 23:50 Oxunub 1642
Şəkidə bir inəyi iki avtomobil vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb

Şəkidə inəyi iki avtomobil vurdu. Avtosfer.az Kanal S-ə istinadən xəbər verir ki, ötən gecə Şəkinin 20 yanvar küçəsində, "Kanal S" in qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Şəki sakini Həsənov İlqarın idarə etdiyi "VAZ 21011" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq yolun digər tərəfinə atıb. Əks istiqamətdə hərəkət edən başqa bir avtomobil də bunu görməyərək o da inəyin üzərindən keçib. Sürücü hadisə yerində dayanmadığı üçün onun kimliyi məlum olmayıb. Hadisə nəticəsində avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh