ABŞ-ın yeni super silahı - VİDEO

Maraqlı 29 May 2016 23:56 Oxunub 1692
ABŞ-ın yeni super silahı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu silahın əsasını relsdə hərəkət edən elektromaqnit qülləsi təşkil edir

ABŞ Hərbi Dəniz Qüvvələri bu yay hərbi gəmilərdə super silah sayılan relsotronu quraşdırmaq və real şəraitdə sınaqdan çıxarmaq niyyətindədir. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün “Fox News” telekanalına müsahibəsində müdafiə məsələləri üzrə mütəxəssis Allison Berri bildirib. A.Beri deyib ki, bu, yeni nəsil silahdır. Dünən isə “Wall Street Journal” nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin relsotronla bağlı təcrübi sınaqlarına dair ilk kadrı yayıb. Bu silahın əsasını relsdə hərəkət edən elektromaqnit qülləsi təşkil edir. 

Məlumat verilir ki, silahın işləməsi üçün barıt və ya digər partlayıcı maddə tələb olunmur. Bu yeni silah ABŞ-a gələcəkdə Rusiya və Çini hərbi texnologiya sahəsində qabaqlamağa imkan verəcək. Relsotron Hərbi Dəniz Qüvvələrini limitsiz mərmi ilə təchiz edəcək, partlayış təhlükəsi olan mərmlərdən istifadəni aradan qaldıracaq. ABŞ hərbi mühəndisləri hesab edirlər ki, silah Baltikyanı ölkələri Rusiyadan və Cənub-Çin dənizində ABŞ-ın müttəfiqlərinin Çindən müdafiə etməsində faydalı olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh