Bu kişi illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir - FOTO

Yeniliklər 30 May 2016 00:54 Oxunub 2756
Bu kişi illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir

Müasir dövrdə elektrik enerjisindən pulsuz istifadəni düşünmək çətindir. Amma Tovuzda yaşayan Arif İsgəndərov özünə məxsus fermada illərdir sərf olunan enerjiyə pul ödəmir. Səbəb isə özünün ixtira etdiyi qurğudur. Tovuzun Düzqırıqlı kənd sakini, 55 yaşlı Arif İsgəndərov yaşadığı kənddən Ceyrançöl adlanan əraziyə elektrik enerjisi çəkməyin mümkün olmadığını gördükdə, maraqlı ixtira edib. Müxtəlif texnikaların hissələrini toplayaraq iri pər düzəldən fermer, Kür çayına axan su vasitəsilə onu işə salıb. Sürətlə fırlanan pər kəndlinin arzusunu reallaşdırıb. Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir, soyuducu və televizoru işə sala bilir. Kənd sakininin sözlərinə görə, qurğunu bir qədər də təkmilləşdirib daha çox enerji əldə etmək olar.

 

Kəpəz TV

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh