Gizli polis yol qəzalarının sayını azaltdı - VİDEO

Avtoxəbər 30 May 2016 10:12 Oxunub 1869
Gizli polis yol qəzalarının sayını azaltdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaların və qəzalarda ölənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında qəzada ölənlərin sayında 36 faiz azalma var. Avtosfer.az xəbər verir ki, bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölənlərin sayında 101 fakt azalma var. Qəzaların və qəzalarda ölənlərin sayının nəzərəçarpacaq dərəcədə azalmasının əsas səbəblərindən biri gizli patrul xidmətinin fəaliyyətə başlamasıdır. Ötən ilin sonlarından fəaliyyət göstərən gizli yol patrulu xidməti qəza və qayda pozuntularının sayını azaldıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında qəzada ölənlərin sayında 36 faiz azalma var.

Ötən il respublika yollarında ümumilikdə 2,5 milyondan çox inzibati xəta aşkarlandığını deyən Kamran Əliyev gizli polis əməkdaşlarının hər hansı nəqliyyat vasitəsini saxlamaq səlahiyyətlərinin olmadığını bildirib. Ancaq buna baxmayaraq, bu xidmət hər an sürücülərin yanında ola bilər. Gizli polislər bütün növ avtomobillərdə müşahidə apara bilər. Sürücülər özləri də gizli patrul xidmətinin yaradılmasından sonra məsuliyyətlərinin artdığını deyirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh