Tranzit yüklər yol vergisindən azad olunacaq - VİDEO

Yeniliklər 30 May 2016 10:13 Oxunub 1355
Tranzit yüklər yol vergisindən azad olunacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İyunun 1-dən yeni vergi güzəştləri tətbiq olunacaq

Azərbaycan tranzit yüklərin daşınmasını artırmaq üçün daha bir önəmli addım atdı. . Avtosfer.az xəzərxəbər-ə istinadən xəbər verir ki, dövlət başçısının fərmanı ilə iyunun 1-dən tranzit yük daşıyan yük maşınları və dəmiryolu nəqliyyatının yol vergisindən azad olunmasını ekspertlər önəmli hadisə hesab edirlər. Tranzit yükdaşımalarında vahid pəncərə sisteminin tətbiqindən sonra indi də bu qərarın verilməsi, Azərbaycanı beynəlxalq yük daşımalarında strateji koridora çevirəcək.

İyunun 1-dən etibarən Azərbaycan ərazisindən daşınan tranzit yüklərə görə   yol vergisi alınmıyacaq. Bu prezidetn İlham Əliyevin imzaladığı fərmanın göstərilən tarixdən qüvvəyə minməsi ilə gerçəkləşəcək. Daşınan yüklərin maya dəyəri isə aşağı düşdüyünə görə xarici ölkələr Azərbaycandan yük keçirməkdə daha maraqlı olacaqlar. Bu isə öz növbəsində Azərbaycanın qonşu ölkələrlə müqayisədə tranzit ölkə kimi önəmini daha da artıracaq. Ekspert Fikrət Yusifovun sözlərinə görə yeni qərarın verilməsində əsas məqsəd hazırkı yükdaşımalarının həcmini dəfələrlə artırmaqdır.

Fikrət Yusifov bildirir ki, dünyada iqtisadi böhran şəraitində xüsusilə Azərbaycanla qonşuluqda yerləşən bütün ölkələr tranzit yüklərin həcmini artırmaq üçün güclü rəqabət aparırlar. Bu rəqabətdə ən iddialı ölkələrdən biri də məhz Azərbaycandır. Xatırladaaq ki,yol vergisinin ləğvindən öncə prezidentin fərmanı ilə tranzit yük daşımalarının bir pəncərə prinsipi ilə icra edilməsi də prosesin şəffaflaşmasında əvəzsiz rol oynayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh