Avtobuslarda reklamlar: məsuliyyətsizlik təhlükəyə yol açır - VİDEO

Yazarlar 31 May 2016 09:15 Oxunub 1359
Avtobuslarda reklamlar: məsuliyyətsizlik təhlükəyə yol açır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç bir reklam müqaviləsi qanundan üstün ola bilməz

Avtobusun arxa hissəsi müxtəlif məhsulları və xidmətləri reklam edən lövhələrlə örtülüb. Nəqliyyat vasitələrinin arxa hissəsinə reklam yerləşdirmək qadağan edilsə də, bəzi marşrut avtobuslarında buna əməl edilmir. Bu il fevralın 18-də Nazirlər Kabineti tərəfindən "Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları" təsdiq edilib. Lakin 20, 40 və 96 saylı xətt üzrə hərəkət edən marşrut avtobuslarında bu qaydalara əməl olunmur. Həmin avtobusların arxa hissəsi tamamilə reklam lövhələrinə bürünüb.

Xəyal Bəşirovun sözlərinə görə, nəqliyyat vasitələrinin arxa hissəsinə reklam yerləşdirən şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Məsələyə marşrut xətlərinin rəsmilərinin də münasibətini öyrəndik. Onlardan bəziləri avtobusların sayının çoxluğunu nəzərə alaraq hissə - hissə reklamların sökülüb  maşınların yenidən boyandığını dedilər. Bir qisim xətt sahibi isə bildirdi ki, onlara bu barədə xəbərdarlıq olunub, lakin reklamı verən şirkətlə bağladıqları müqavilənin vaxtının bitməsini gözləyirlər. Yaxın günlərdə həmin lövhələr söküləcək.

Ekspertlər deyir ki, istənilən halda heç bir reklam müqaviləsi qanundan üstün ola bilməz. Yəni reklam qadağa qüvvəyə mindyi gündən sökülməlidir. Reklam müqaviləsinə isə tərəflər öz aralarındakı razılaşma ilə xitam verə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh