Avtobus sifarişi: seçim zamanı nəyə diqqət edilməlidir? - VİDEO

Qaydalar 31 May 2016 00:46 Oxunub 1826
Avtobus sifarişi: seçim zamanı nəyə diqqət edilməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səfər zamanı istifadə edilən avtobusların texniki göstəriciləri nəzərə alınmalıdır

Xızıda istirahətdən qayıdan müəllimləri daşıyan avtobusun qəzaya düşməsi bölgələrə gəzintiyə gedərkən sürücü və avtobus seçimini aktuallaşdırır. Yay fəslində belə səfərlərin artacağını nəzərə alsaq məsələ daha ciddiləşir. Müşahidələr onu göstərir ki, qrup halında səfərlərə gedilərkən vətəndaşlar əsasən qiyməti nəzərə alırlar. Yəni insanlar daha aşağı qiymətlər təklif edən fərdi şəxslərin nəqliyyat vasitələrindən istifadə edirlər. Halbuki, bu sahədə az da olsa fəaliyyət göstərən ixtisaslaşmış şirkətlər var.

Ekspertlər hesab edirlər ki, ilk növbədə xüsusi hazırlıqlı sürücülərə etibar edilməlidir. Çünki şəhərdaxili avtobusların sürücüləri belə, rayon yollarına istənilən səviyyədə bələd olmaya bilərlər.

Sürücülərin seçimi ilə yanaşı səfər zamanı istifadə edilən avtobusların texniki göstəriciləri də nəzərə alınmalıdır.

Baş verə biləcək problemlərdən sığortalanmaq üçün səfərdən qabaq istər fərdi xidmət göstərənlər, istərsə də şirkətlərlə detallar mütləq yazılı şəkildə razılaşdırılmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh