Avtomobillə vurulan gənc öldü

Qəzalar 31 May 2016 10:44 Oxunub 1104
Avtomobillə vurulan gənc öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən bildirir ki, şəhərin "Sovxoz Nizami" adlanan ərazisindəki Üzeyir Hacıbəyov küçəsində şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar Seyfullayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Seymur İbrahimovu vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh