Cərimə meydançasında 4 avtomobil yandı- Abşeronda

Qəzalar 31 May 2016 10:46 Oxunub 1782
Cərimə meydançasında 4 avtomobil yandı- Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler” markalı minik avtomobilin yanar hissələri, “Mercedes” minik avtomobilinin sağ hissəsi, “Mitsubishi” markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, “Ford” markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh