İki piyada vuruldu - ŞAMAXIDA

Qəzalar 31 May 2016 10:54 Oxunub 1105
İki piyada vuruldu - ŞAMAXIDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı araşdırma aparılır

Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Çuxuryurd kəndində qeydə alınıb.

Avtosfer.az kanals-ə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Şamaxı rayon sakini Tamarov Tərlan “VAZ 2106” markalı avtomobilllə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında dayanan qadını vurub. Çuxuryurd kənd sakini 1951-ci il təvəllüdlü İbrahimova Şövkət Seyfəddin qızı aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılıb.

Digər yol qəzası isə Nərimanov küçəsində qeydə alınıb. Rayon sakini Abbasov Zahir Əjdər oğlu idarə etdiyi “VAZ 2104” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadanı, 1986-cı il təvəllüdlü Manafov Babək Fariz oğlunu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Babək Manafov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Piyadanı xəstəxanaya sürücü çatdırıb.

Hər iki faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh