Yeni beynəlxalq hava limanı istifadəyə verildi - MOSKVADA

Gündəm 31 May 2016 11:02 Oxunub 1032
Yeni beynəlxalq hava limanı istifadəyə verildi - MOSKVADA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
5 il ərzində hava limanının inkişafına 22,6 milyon AZN sərmayə yatırılacağı gözlənilir

Moskvada 4-cü beynəlxalq hava limanı açılıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, açılışı Baş nazir Dmitri Medvedevin iştirakı ilə keçirilən hava limanının inkişaf proqramı 3 mərhələdən ibarətdir.  2014-cü ildə start götürən ilk mərhələ çərçivəsində sahəsi 15 min kv.m təşkil edən və ildə 4 milyon sərnişin qəbul edə bilən sərnişin terminalı tikilib. 

İkinci və üçüncü mərhələlərdə birinci sərnişin terminalının genişləndirilməsi və yeni terminalın tikilməsi planlaşdırılır. 5 il ərzində hava limanının inkişafına 10 milyard rubl (22,6 milyon AZN) sərmayə yatırılacağı gözlənilir. Rusiya Baş naziri Dmitri Medvedev yeni hava limanının əhəmiyyətinin olduqca vacib olduğunu vurğulayıb. Moskvada Jukovskiy hava limanından başqa daha 3 aeroport fəaliyyət göstərir. Bunlar Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarıdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh