2014-ün ən yaxşı avtomobilləri açıqlandı

Avtobazar 1 Avqust 2014 23:20 Oxunub 2036
2014-ün ən yaxşı avtomobilləri açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Avto Ekspress” jurnalı 2014-cü ilin ən yaxşı yeni avtomobillərini müəyyən edib

Bu ilin ən yaxşı avtomobillərinin adları açıqlanıb. Axar.az xəbər verir ki, İngiltərənin “Avto Ekspress” jurnalı  2014-cü ilin ən yaxşı yeni avtomobillərini müəyyən edib. Müxtəlif kateqoriyalara görə “ən yaxşı” adına layiq görülən avtomobil markaları arasında Şkoda, Seat, Mazda, BMV, Audi, Mersedes, Sitroen, Hunday, Yaquar, Volksvagen və Ford şirkətlərinin məhsulları yer alıb.

 

Siyahını təqdim edirik.

 

Ən yaxşı şəhər avtomobili: “Şkoda Sitiqo”

 

Ən yaxşı yığcam ailə avtomobili: “Seat Leon”

 

Ən yaxşı ailə avtomobili: “Mazda 6”

 

Ən yaxşı “steyşn vaqon”: “Seat Leon ST”

 

Ən yaxşı yığcam sedan: “BMV 3” ardıcıllığı

 

Ən yaxşı premium avtomobil: ”Audi A6”

 

Ən yaxşı lüks avtomobil: “Mersedes-Benz S” ardıcıllığı

 

Ən yaxşı hetçbek: “Seat Leon Kupra”

 

Ən yaxşı kabriolet: “Audi A3 Kabrio”

 

Ən yaxşı MPV: “Sitroen Qrand C4 Pikasso”

 

Ən yaxşı SUV: “Hunday Santa Fe”

 

Ən yaxşı kupe: “Yaquar f-Tip kupe”

 

Ən yaxşı pikap: “Volksvagen Amarok”

 

Ən yaxşı mikroavtobus: “Ford Tranzit”

 

Ən yaxşı performans avtomobili: “MkLaren 650S”

 

Ən yaxşı təhlükəsizlik mükafatı: “Nissan”

 

Ən yaxşı dizayn: “Volvo Konsept Estat”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh