Xızıdakı ağır qəza sərt dağ yolunda baş verib – Ekspert danışdı

Yazarlar 31 May 2016 11:22 Oxunub 1790
Xızıdakı ağır qəza sərt dağ yolunda baş verib – Ekspert danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Qaydaları mükəmməl bilməyən sürücü nəinki avtobusla, hətta minik avtomobili ilə də dağ yollarına çıxmamalıdır»

Tanınmış hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov 2 gün əvvəl Xizida çoxsaylı ölüm və xəsarətlə nəticələnən mikroavtobus qəza barədə fikirlərini açıqlayıb. Avtosfer.az-ın məlumatına görə, ekspert bildirib ki, bu hadisə ciddi nəticələr çıxarılması üçün faciəli dərs olmalıdır: «Hadisənin tam təfərrüatları bizə aydın olmasa da, əldə edə bildiyimiz məlumatları ilkin olaraq ümumiləşdirə bilərik. 

1. Hadisə sərt dağ yolunda baş verib. Həmin yola yaxşı bələd olaraq vurğulamaq istəyirəm ki, belə yollar sürücüdən xüsusi məharət və diqqət tələb edir. Ümumiyyətlə dağ yollarında avtomobil idarə etməyə dair xüsusi təhlükəsizlik qaydaları var. Həmin qaydaları mükəmməl bilməyən sürücü nəinki avtobusla, hətta minik avtomobili ilə də dağ yollarına çıxmamalıdır.

2. Avtobusların hərəkəti üçün də xüsusi təhlükəsizlik qaydaları var. Ən başlıcası odur ki, hətta çarter reysi (yəni xüsusi sifarişlə) olsa da, avtobus marşrutu hər yoldan salına bilməz. Avtobusla səyahət zamanı marşrutun keçəcəyi yollara xüsusi önəm verilməli və müəyyən parametrlərə görə təhlükəli yollardan marşrut keçməməlidir.

3. Avtobus sürücülərinin məhz sərnişin nəqliyyatını idarə etmə üzrə xüsusi qaydaları mükəmməl bilməsi vacibdir. Bu qaydaları öyrənməmiş sürücüyə avtobus verilməməlidir. Sadə görünsə də, "D" kateqoriyalı vəsiqə hələ avtobus sürə bilmək deyil. Xüsusi təlim (əsasən də təhlükəsizliklə bağlı) keçməyən sürüc avtobus sürməməlidir.

4. Sifarişlə avtobus seçərkən mütləq avtobusun texniki vəziyyətinə və sürücünün kimliyinə xüsusi diqqət yetirilməlidir. Hər adama və hər texnikaya etibar etmək olmaz.

5. Səyahət vaxtı avtobus sürücüsünün özünü nəzarətdə saxlamaq lazımdır (istirahət etməsini, nə yeyib-içməsini, necə idarə etməsini və s.). Bu zaman sürücünün işinə müdaxilə yolverilməzdir. Xüsusən də, sürücüyə, "burdan sür" və ya "belə sür..." kimi təsirlər yolverilməzdir. 

6. Magistral əhəmiyyətli yollardan kənara çıxarkən çox diqqətli olmaq lazımdır. Nəzərə alın ki, ölkəmizin yollarında hələ çoxlu sayda nişan və başqa texniki vasitələrin çatışmazlığı var. Belə çatışmazlıq periferik yollarda daha çoxdur. Ona görə də qəfil sürprizlə rastlaşmamaq üçün həmişə diqqətli olmaq lazımdır və s...».

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh