Dünyanın ən uzun tuneli açılır - 16 milyarda başa gəldi

Yeniliklər 31 May 2016 13:10 Oxunub 1503
Dünyanın ən uzun tuneli açılır - 16 milyarda başa gəldi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tuneldən hər gün 15 min insanın istifadə etməsi planlaşdırılır

Dünyanın ən uzun tuneli sabah açılacaq. İsveçrədəki tunel Alp dağlarının altından qazılıb və Avropanın müxtəlif ölkələrinə İsveçrədən gediş-gəlişi asanlaşdıracaq. 

Avtosfer.az musavat.com-a istinadən bildirir ki, Renessans İnşaat tərəfindən ərsəyə gətirilən tunel 16 milyard dollara başa gəlib. Tunelin tikintisi zamanı 28 min ton qaya və daş qazılıb çıxarılıb. 

Tuneldən hər gün 15 min insanın istifadə etməsi planlaşdırılır.

İnşaat möcüzəsinin açılışına tunelin keçdiyi ölkələrdən gələn 100 mindən çox insanın, o cümlədən Avropa İttifaqına daxil olan dövlət və hökumət başçılarının qatılması gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh